!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Qarabağda səsləndirdiyi fikirlər və Azərbaycanın dönməz mövqeyi - Təhlil

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən tarixi proseslərə münasibət bildirərək, mühüm məqamlara toxunub.

Nitqini Ermənistanın faşist və terrorçu mahiyyətinin ifşa olunması üzərində quran prezident işğalçı ölkədə 2018-ci ilə qədər cinayətkarların hakimiyyətdə olmasına diqqət çəkib. Köçəryan-Sarkisyan cütlüyünün terror dəstəsinin tarixi Azərbaycan torpaqları üzərində qurulmuş qondarma dövləti beynəlxalq terrorizmin, narkomafiyanın və qanunsuz silah alverinin mərkəzinə çevirdiyi artıq heç kimdə şübhə doğurmur.

Sonradan Ermənistanda baş verən hadisələr, iqtisadi böhranın dərinləşməsi bir daha ermənilərə hakimiyyətlərinin onları hansı uçuruma doğru apardığını anlatdı. İnqilab adı verilmiş hakimiyyət dəyişikliyindən sonra ölkədə iqtidara gələn növbəti dəstə öz sələflərinin cinayətlərini araşdırmağa başlasa da, özü onların buraxdığı səhvləri davam etdirməyə, Qarabağ üzərindən apardığı çirkin oyunla ermənilərin diqqətini ölkənin əsas problemlərindən yayındırmağa çalışdı.

Amma dərinləşən böhran, Ermənistanın çıxılmaz vəziyyəti bir daha erməni xalqına göstərdi ki, xaricdəki havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının işğalda saxlanılması nəticədə onların sonu olacaq. Hazırda koronavirusa yoluxması haqda yalan xəbərlərlə ictimaiyyətin diqqqətini yayındırmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın artıq bu ilin sonuna qədər hakimiyyətdən gedəcəyi haqda ekspert proqnozları intensivləşir. Əsas havadarı olan Rusiyanın özünün düşdüyü dərin böhran artıq erməniləri ciddi surətdə narahat etməklə yanaşı, onların Qərbə, Avropaya bağladıqları ümidləri də boşa çıxmaqdadır.

Hazırda münaqişənin həlli məsələsində dünyanın bütün mütərəqqi qüvvələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkəmizin artmaqda olan beynəlxalq nüfuzu sayəsində dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini açıq şəkildə bəyan edirlər. Bu məsələdə tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük, beynəlxalq dəstək kimi faktorlar Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyinin bariz nümunələridir.

Ənənəvi olaraq, erməni yalanları ilə çaşdırılmış əksər beynəlxalq təşkilatlar və konkret dövlətlər, o cümlədən, hər zaman Ermənistanı dəstəkləyən Rusiya da artıq işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması və münaqişənin mərhələli qaydada həllinin mümkünlüyü haqda mövqe bildirməyə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu barədə verdiyi bəyanat ermənilərin hiddətinə səbəb olub və bu dəfə Rusiya daşnak təbliğatının hədəfinə çevirilib. Son proseslər onu göstərir ki, ölkəmiz möhkəm təməllər üzərində qərar tutub və onun haqq səsini artıq eşitməmək mümkün deyil. Əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasa, o zaman Ordumuzun sarsıdıcı gücünü öz üzərində bir daha hiss etməli olacaq.

Prezident İlham Əliyevin toxunduğu digər vacib məsələ isə 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası (ADR) hakimiyyətinin tarixi Azərbaycan torpağı olan İrəvanı ermənilərə verməsi faktı olub. Prezident ADR-in qurulmasının tarixdə xalqımızın ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb və o zaman Cənubi Qafqazda baş vermiş ictimai-siyasi proseslərdən danışıb.

ADR rəhbərliyinin İrəvanı erməni ərazisi kimi qəbul etməsinin tarixi səhv olduğunu bildirən prezident İlham Əliyev hazırda bütün problemlərimizin kökündə bu tarixi səhvin dayandığını qeyd edib. Edilən güzəştlər, İrəvanın ermənilərə verilməsi sonradan digər topraqlarımızın SSRİ rəhbərliyinin qərarı ilə “Ermənistan” adlandırılan qondarma dövlətə birləşdirilməsinə səbəb oldu. “İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır və burada Ermənistanın yaradılmasına şərait yaratmaq bağışlanmaz tarixi səhvdir”, – deyə Prezident nitqində vurğulayıb.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv