bmticlasi“Avropanın Şərq qonşularının stabillik və təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır”.

Bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds bildirib.

Reymondsun sözlərinə görə, Rusiya daxil olmaqla bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdır.

“Latviya bütün beynəlxalq ictimaiyyətlə bərabər Ukraynanın ərazi bütövlüyü və suverenliyini əvvəlki kimi dəstəkləyəcək. Biz Krımın işğalını tanımırıq. Buna son qoyulmalıdır”, – deyə o bildirib.

Estoniya prezidenti Toomas Hendrik İlves də çıxışı zamanı Qarabağ münaqişəsinə toxunub: “Dövlət sərhədlərinin toxunulmazlıq prinsipi və bunda gücdən istifadə qadağası BMT nizamnaməsinin mərkəzində dayanır. Bu prinsip Rusiya tərəfindən kobud şəkildə pozuldu, Lakin Birləşmiş Millətlər Təşkilatı bununla əlaqədar heç bir tədbir görmədi.

Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir. Ukrayna və Gürcüstanın əraziləri hələ də xarici qüvvələrin işğalı altındadır. Dağlıq Qarabağ və Dnestryanıda “dondurulmuş” münaqişələr davam edir”, – deyə İlves bəyan edib.

Estoniya lideri beynəlxalq hüquq normalarına riayət olunmasını təmin etməyə imkan verəcək mexanizmlər yaradılmasınının zəruri olduğunu qeyd edib. O hesab edir ki, BMT bu istiqamətdə işə başlamazsa, öz aktuallığını itirəcək.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."