Prezidentlər razılığa gəlib

media-hightechnic-468x90

84035Bu gün Litva və Ukrayna prezidentləri Dalya Qribauskayte və Petro Poroşenko rəsmi görüş keçiriblər.

Dövlət başçıları Ukrayna əsgərlərinin Litvada hərbi təlim keçməsi və ağır yaralı hərbiçilərin müalicəsi barədə razılığa gəliblər.

Bundan əlavə Qribauskayte Ukraynanın NATO-nun üzvü və “Rusiya qazı”ndan azad olmasında dəstəkləyəcəyini bildirib:

“NATO-nun üzvü olmaq üçün ilk növbədə bir sıra islahatlar aparılmalıdı. Litva bu mövzuda Ukraynaya mütləq dəstək olacaq”.

Qeyd edək ki, Almaniya XİN Frank-Valter Ştanmayerin bildirdiyinə görə, Ukraynanın NATO ilə yalnız əməkdaşlığı mümkündür, üzvü olması yox.

Bu sözlərə cavab olaraq Poroşenko bildirib:

“Heç kim bu və ya digər ölkəyə NATO-nun üzvü olmasına qarşı ola bilməz və heç kim Ukraynaya öz qanunlarını diktə edə bilməz, ona görə bu sual referendumun nəticəsində öz həllini tapacaq”.

Lakin, xatırladaq ki, sözügedən alyansın baş katibi Jens Stoltenberg bildirib ki, Ukrayna yalnız müəyyən şərtlərə riayət etdiyi halda NATO-nun üzvü ola bilər.

(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600