Prezidentlər səhər yeməyi yedi-Fotolar

media-hightechnic-468x90

39184drfvUkrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin Milanda görüşə birgə səhər yeməyi ilə başlayıb.

Onlara yeməkdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Böyük Britaniya baş naziri Devid Kemeron yoldaşlıq edib.

Milanda keçirilən Sammit çərçivəsində isə Ukrayna prezidenti Petro Poroşenko Almaniya kansleri Angela Merkel ilə görüşündən razı qaldığını bildirib.

 

Poroşenko görüş əsnasında Merkelin Ukrayna ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Görüşdə Petro Poroşenko və Angela Merkel sentyabrın 5-dən 19-a kimi qəbul edilən Minsk razılaşmalarının tamamilə təmin olunmasının vacibliyini qeyd ediblər.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib. Onun sözlərinə görə, əsəs diqqət atəşkəsin tamamilə dayandırılmasına, Ukrayna-Rusiya sərhəddinə nəzarətin gücləndirilməsinə və Ukrayna qanunvericiliyinə əsasən yerli seçkilərin keçirilməsinə yönəlib.

Həmçinin, Ukraynada ATƏT müşahidə missiyasının artırılması və texniki təminatına dəstək vurğulanıb.

Poroşenko və Merkel arasındakı görüş təxminən 1 saat davam edib.

Milanda Ukrayna prezidenti Petro Poroşenko ilə İtaliyanın baş naziri Matteo Pentsi arasında da görüş keçirilib.

Tərəflər Donbassda qeyri legitim “seçkilər”in keçirilməsinin yolverilməzliyini bildiriblər: “Ukrayna qanunvericiliyinə zidd olan “seçkilər”i dünyada heç kim təsdiqləməyəcək. Bu, sadəcə vəziyyətin gələcək eskalasiyasına səbəb olacaq”.

P.Poroşenko və M.Rentsi Ukrayna-Rusiya sərhəddinə nəzarətin gücləndirilməsi, atəşkəsin dayandırılması və bütün əsirlərin azad edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin tərəflər enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

Ukrayna prezidenti Petro Poroşenko, Avropa Şurasının prezidenti German Vann Rompey və Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu arasında keçirilən görüş zamanı Minsk razılaşmalarına riayət olunmasının vacibliyi qeyd edilib.

Tərəflər qanunsuz “seçkilər”in keçirilməsinin razılaşmalara zidd olduğunu deyiblər.

Rusiya prezidenti Vladimir Putin isə Almaniya kansleri Angela Merkellə görüşə gecikib, lakin sonda bu görüş baş tutduğu deyilir.
Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Məlumdur ki, danışığın əsas mövzusu Ukrayna məsələsi olub. Lakin danışığın tam məğzi hələ açıqlanmayıb.

Bundan başqa Vladimir Putinin İtaliya prezidenti Corco Napolitano ilə görüşü də keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600