Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Prezidentlərin üçtərəfli görüşündə problem yarandı - VİDEO

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş başlayıb.

Yenicag.az xəbər verir ki, prezidentlər Suriyadakı vəziyyətdən, mövcud vəziyyətin ağırlığından, terrora qarşı birgə mübarizədən, suriyalılar arasında dialoqdan, təhlükəsizlik bölgəsinin yaradılmasından danışıblar.

Görüş zamanı maraqlı anlar yaşanıb. Məlumata görə, tərcümə avadanlığında yaranan problem görüşün dərhal başlamasına mane olub. Belə ki, Putin nitqinə İranda baş vermiş teraktlarla əlaqədar Ruhaniyə başsağlığı ilə başlayıb. Lakin Rusiya lideri dərhal sonra qonaqların üz ifadələri və jestlərindən tərcümənin həyata keçirilmədiyini anlayıb. Bundan sonra Putin qonaqlara tərcümənin olub olmadığını soruşub. Texniki problem təxminən bir dəqiqə yarım davam edib və Putin bu müddətdə bir neçə dəfə iranlı rəsmilərə cihazların çalışıb çalışmaması barədə suallar verib.

Problemin aradan qaldırılmasından sonra görüş davam edib.

www.yenicag.az

2402