Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Prezidentliyə kifayət qədər real namizəd var"– Partiya sədri  

Reklam: High Technic

“Torpaqlarımız işğaldan azad edilmədikcə, digər məsələlər diqqətdən kənarda qalacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib:

“Azərbaycanın ictimai-siyasi həyatı əsasən, bir məsələyə köklənib. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Bu problem Azərbaycanın xeyrinə həll olunmadıqca, torpaqlarımız işğaldan azad edilmədikcə, digər məsələlər diqqətdən kənarda qalacaq. Birinci növbədə bu problem həll edilməlidir, ondan sonra isə Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli dəyişikliklər gözləmək olar”.

KXCP sədri gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub:

“Hələlik, seçki kampaniyasına start verilməyib, namizədlər tam olaraq bəlli deyil. Bununla belə, hər seçkinin ertəsi günü artıq növbəti seçkilərə hazırlıq dövrü başlayır. Fikrimcə, Azərbaycanda bu posta seçilə biləcək kifayət qədər real namizəd var. Hazırda əsas məsələ ölkədə uyğun seçki mühitinin yaradılmasıdır və bizlər də bunun üçün əlimizdən gələni edirik”.

Aytək Yusifsoy

www.yenicag.az

1739
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM