!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Problemli kreditlər bankları MÜFLİSLƏŞDİRİR: "Hər kəsi əhatə edən dövlət proqramı olmadığı üçün..." - EKSPERT

!Reklam – Yazi

“Problemli kreditlərin artması fonunda bır sıra bankların iflas olacağı gözləniləndir”.

Bu sözləri son bir ayda problemli kreditlərin həcminin 2,5% artmasının bank sektoruna mümkün təsirini dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Əkrəm Həsənova görə, problemli kreditlərin artmasının əsas səbəbi pandemiya şəraitinin hələ də davam etməsidir:

“Pandemiya dövründə dövlətin dəstək proqramının olmadığını birmənalı şəkildə söyləmək olmaz. Sahibkarlarla bağlı dəstək proqramı mövcud idi. Sadəcə hər kəsi əhatə edən dövlət proqramı yoxdur. Çünki heç kim pandemiya şəraitinin nə qədər xərc tələb edəcəyini bilmir. Ona görə ki, proses hələ də bitməyib. Bu baxımdan dövlətin nə edəcəyini indidən söyləmək çətindir. Problemli kreditlər təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də artan xətlə gedir. Bütün hallarda, mövcud vəziyyət ölkədə bəzi bankların iflasa uğramasına yol aça bilər. Bunu istisna etmək olmaz”.

Gülşən Şərif

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv