Prodüsser ağır qəzaya düşdü-Foto
Azərbaycanın tanınmış teleprodüsseri Kemal Cenk İçten ağır avtomobil qəzası keçirib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, qəza dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində baş verib. Qəza zamanı Cenk İçten dostu Gökhan Göktürklə birlikdə olub. Onların maşını qarşı digər minik avtomobili ilə toqquşub. Nəticədə altı nəfər yaralanıb. Ölən yoxdur.
Xəstəxanaya aparılan Kemal Cenk İçten hazırda həkim nəzarətindədir. Gökhan Göktürkün xəsarətləri isə nisbətən yüngüldür.
Gökhan Göktürk hadisə barədə sosial şəbəkədə məlumat verib: “Ölümdən dondük, verilmiş sədəqəmiz varmış. Allahım bizi uşaqlarımıza bağışladı, şükürlər olsun. İş görüşməsindən dönərkən ağır avtomobil qəzasında mən və Kemal Cenk İçten qardaşım yaralandıq. Qırıqlar və qanama var. Yaralı şəkildə qurtulmamıza şükür edirik. Digər maşında da yaralılar var. Qəzada ölümün olmaması ürəklərə su səpdi. Allahım bir daha yaşatmasın. AMİN! Kemal Cenk İcten qardaşıma şəfalar diləyək. Dualarınızı əskik etməyin. Hazırda həkim nəzarətində müalicə alır”
Azərbaycanda fəaliyyət göstərən hər iki şəxs bir neçə gün əvvəl Türkiyəyə gedib. Qəza Manisadan iş görüşməsindən İzmirə geri dönərkən yaşanıb.