Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Professordan “kondisioner icazəsi”nə SƏRT ETİRAZ: “Bunun nəticəsi ağır olacaq”

“Karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tibbi bölməsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai nəqliyyatda sərinləndirmə sistemlərinin işə salınmasına icazə verilməsi haqda qərarını şərh edən professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, bu qərar ölkədə virusa yoluxma statistikasının kəskin artımına səbəb olacaq:

“Havaya hər hansı virus qarışıbsa, bu zaman o, yerə çökür. Əgər yox, havaya düşən virus kondisioner tərəfindən sovurulursa, o, yenidən otağa verilir. Bununla çox insan virusa yoluxa bilər. İndiki situasiyada qapalı məkanda kondisionerin işləməyi çox təhlükəlidir. Xüsusilə də nəzərə alsaq ki, avtobuslardan ayrı-ayrı kontingent istifadə edir.

Bu gün Azərbaycanda yoluxma potensialı kifayət qədər yüksəkdir. Yoluxanların demək olar, əlli faizini Abşeron yarımadasında yaşayan insanlar təşkil edir. Çünki karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər.

Bunun nəticəsində artıq bir-birilərini xeyli yoluxdurublar. Klinik əlamətləri müşahidə olunmayan şəxslərin də aramızda olduğunu nəzərə alsaq, bunun ağır nəticəsini yaxın vaxtlarda görəcəyik.

İndiki halda avtobuslarda kondisionerlərin işə salınması qəti olaraq, məqsədəuyğun deyil. Avtobuslardan mümkün qədər sosial məsafə gözlənilərək az adam istifadə etməli, ayaqüstə adam olmamalı və avtobuslarda təbii vintilyasiya işləməlidir, yəni pəncərələr açıq olmalıdır. Düzdür, bu, diskomfortdur, ancaq bu günə qədər komfortla yaşamamışıq ki”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

897
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100