!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluq 69 yaşlı qadının ölümü ilə bağlı məlumat yaydı

!Reklam – Yazi

“Bəzi media qurumlarında Masallı rayonunun Hacıtəpə kənd sakini, 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Mətbuat Xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya təkzib olunur:

“Belə ki, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, orada vəfat edib. Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq ediblər. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv