!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Proses obyektiv aparılsa, fəaliyyətini dayandıran partiyaların sayı xeyli artacaq” – MÖVQE

!Reklam – Yazi

“Qeydiyyatdan keçmiş altmışa yaxın partiyanın təqribən yarısı siyasi həyatdan çəkiləcək”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra yaranmış vəziyyəti dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud reallıqda vəziyyəti düzgün qiymətləndirən partiyaların öz fəaliyyətlərini dayandırmaları başadüşüləndir:

“Bəli, partiyalar artıq bir müddətdir, yeni qanunvericiliyə uyğunlaşmaq prosesini davam etdirirlər və gedişatda aydın görürlər ki, artıq ortaya əməli iş qoymaq lazımdır. Burada ən əsas iş kimi isə üzvlərin sayının beş min nəfərə çatdırılması tələbinin yerinə yetirilməsinin zəruriliyi ön plana çıxır.

Ədalət Partiyasına gəldikdə, biz üzvlərin sayı ilə bağlı mərhələni artıq keçmişik və bu məsələ bizim üçün aktuallıq kəsb etmir. Açıq danışsaq, cəmiyyətdə çoxdan belə bir fikir formalaşıb ki, mövcud partiyaların bir çoxunun fəaliyyəti sırf formal xarakter daşıyır.

Yeni qanun isə artııq bu formallıqla fəaliyyət göstərilməsinə imkan vermir. Ona görə də fəaliyyətini davam etdirmək niyyəti ciddi olan partiyaların azı beş min nəfər üzv toplaması şərtdir. Bu baxımdan, reallığı düzgün qiymətləndirən partiyaların öz fəaliyyətlərini dayandırmaları başadüşüləndir.

Etiraf edək ki, proses obyektiv aparılsa, fəaliyyətini dayandırmaq məcburiyyətində qalan partiyaların sayı xeyli artacaq. Ehtimal olunur ki, qeydiyyatdan keçmiş altmışa yaxın partiyanın təqribən yarısı siyasi həyatdan çəkiləcək. Bu, mənim şəxsi fikrimdir. Hər halda prosesin yekununda real vəziyyət ortaya çıxacaq”.

A.Zeynalov

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv