Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Proses Qərbi və Şərqi Zəngəzurun tarixi bağlılığını təmin edəcək" - Politoloq

“Şərqi Zəngəzur adının prezident fərmanında yer alması ona hüquqi status verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmanın geopolitik əhəmiyyəti haqqında danışan politoloq Elçin Mirzəbəyli səsləndirib.

Elçin Mirzəbəyli Şərqi Zənəgzur adının prezident fərmanında keçməsinin ona hüquqi-normativ status qazandırdığını qeyd edib:

“Prezident fərmanının iqtisadi tərəfləri kifayət qədər önəmlidir. Çünki konkret iqtisadi rayonlar formlaşanada və ora ayrı-ayrı inzibati ərazi vahidləri daxil ediləndə həmin iqtisadi rayonda həyata keçirilən proseslər bir-birilə əlaqəli olur. Bu, inzibati ərazi subyektləri arasındakı iqtisadi əlaqələri də formalaşdırır.

Şərqi Zəngəzura gəldikdə isə, bu, ərazinin tarixi adıdır. Konkret olaraq Şərqi Zəngəzur adının prezident fərmanında yer alması ona hüquqi status verir. Çünki dövlət başçısının sərəncam və fərmanları hüquqi-normativ aktlar hesab edilir. Bu qeyd edilən mənada önəmli addımdır”.

Yeni iqtisadi zonanın yaradılmasının bütün dünyaya tarixi mesaj verdiyini bildirən politoloq gələcəkdə Şərqi və Qərbi Zəngəzurun bağlılığının təmin ediləcəyini vurğulayıb:

Bu, qarşı tərəfə, region dövlətlərinə və bütövlükdə dünyaya mesajdır ki, Azərbaycanın ərazilərinin bir hissəsi qeyri-qanuni olaraq Ermənistana verilib və bu, tarixi ədalətsizlikdir. Şübhəsiz ki, Azərbaycan xalqı bu tarixi ədalətsizliyi heç zaman unutmayacaq. Həmçinin özünün tarixi torpaqlarına qayıtması üçün daim mübarizə aparacaq.

Məsələyə digər aspektdən yanaşsaq, məlum olduğu kimi, Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə proses həm də konkret Şərqi Zəngəzur iqtisadi zonası ilə əlaqəli olacaq. Burada ciddi iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırlır. Şübhə etmirəm ki, proses Qərbi Zəngəzurun da Şərqi Zəngəzurla tarixi bağlılığını gələcəkdə təmin edəcək”.

Aqil Bəkir

www.yenicag.az

216
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100