!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psevdo-qeyrət keşikçiləri, sosial şəbəkə mərəzi, təhqirlər və... – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Sosial şəbəkələrin Azərbaycan seqmentində illərdir ki, xəstə bir tendensiya mövcuddur. Bir çox “Instagram” və “TikTok” səhifələri sosial şəbəkələrdə məşhurlaşan və özümüz tərəfindən – bəli, özümüz tərəfindən – məşhurlaşdırılan şəxslərin videolarını mütəmadi olaraq paylaşırlar.

Həzərat, paylaşımlara gələn şərhlər isə hər zaman eyni olur. Niyə bu adamları təbliğ edirsiniz? Şəhidlərimizi paylaşın, belələrini kim məşhur edir və s. Sanki çox şəhid qədri bilənsiniz də… Hər nə isə, görünən budur ki, cəmiyyətimiz hələ də bəzi məsələlərdə özünü tam formalaşdıra bilməyib. Məhz belə şəxslərin paylaşılmasının, onların “TikTok” canlı yayımlarında izləyici sayının çoxalmasının və atdığınız hədiyyələrlə özünə şərait qurmasının səbəbi sizsiniz, yox, üzr istəyirəm, bizik! İndi burada kimi günahkar çıxarmaq istəyirik? Məgər bu şəxslərin canlı yayımda bir-birini söyməsindən, boş və gəvəzə söhbətlərindən, eləcə də gic-gicə hərəkətlərindən zövq alan biz deyilik?!

Cəmiyyətimizdə hər şeyə qarşı güclü tənqid mexanizmi mövcuddur. Amma adətən, insanlarımızın çoxu nəyisə tənqid edəndə, mütləq şəkildə tənqid etdiyi mövzuya qarşı içində xüsusi simpatiya duyur. Məsələn, son günlər hər kəsin tanıdığı “məşhur” bir transseksualın videoları “Facebook”, “Instagram” və “TikTok”da viral olmaqdadır. Adəti üzrə, sosial şəbəkə istifadəçiləri yenə milli dəyərlərimizin mühafizəçisi rolunda çıxış edərək, həmin şəxsin ünvanına təhqirlər yağdırıb, öz missiyasını yerinə yetirmiş kimi bir hissə sahib olurlar. Axı, siz niyə anlamırsınız ki, anti-reklamın özü də bir reklamdır?! Siz söydüyünüz şəxsin heç vecinə də deyilsiniz.

Hətta onun videolarını paylaşan səhifə adminlərinin də vecinə deyilsiniz. Onlar sizin təhqir dolu şərhlərinizlə daha çox reytinq yığıb gündəmə gəlirlər. Sizin psevdo-qoruyuculuğunuzla nəyisə kiməsə çatdırmaq istəyiniz isə inanın ki, onların zərrə qədər də marağında deyil.

Hadisələri bu vəziyyətə gətirən kimdir bəs? Yenə biz. Səviyyəsiz insanları gündəm etməklə onları təhqir etməyimiz sanki bir ipin iki tərəfi kimidir. Nə yaxşı ki əvvəllər sosial şəbəkələr yox imiş və cəmiyyət bu tip insanlardan bixəbər imiş. Lakin bu bixəbərliyin altında biz hansı faciələrlə birgə yaşamışıq, onu bir Allah bilir… İndi isə hər şey gün işığı kimi ortadadır. Mən bu məsələyə uzun-uzadı televiziyalarımızı, yaxud yeni çəkilən bəzi filmlərimizi əlavə etmək istəmirəm. Onların da vəziyyəti göz önündədir. Mən yetim bu gün, sadəcə, insanların psixikasına təsir edən bu proseslərdən çox qorxuram. Axı bu savadsızlıqla, bütün günü belə şəxsləri izləməklə bizim axırımız haraya gedir? Niyə hər daim özünə hörmət etməyən adamları biz təpəmizə çıxarırıq? Evindən xəbəri olmayanların belələrini yemləməsi mənə çox ağır gəlir. Eləcə də psevdo-qeyrət keçikçilərinin isə onları saxta tənqid etməsi məhz onlar qədər də iyrənc görünür.

Nə başınızı ağrıdım, bəlkə bir az özümüzə baxaq. Cənablar və cənabələr, axı biz belə deyildik?

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv