“PsixoTur”un iştirakçıları Hirkan Milli Parkında təbiətlə harmoniyada oldular – FOTOLAR

Əhalinin psixoloji maarifləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərən PİMD İB növbəti proqram-layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Hirkan Milli Parkında keçirmişdir.

Əksəriyəti gənclərdən ibarət iştirakçılar öncə “PsixoTur”-un proqramına uyğun olaraq Milli Parkın zəngin bioloji müxtəlifliyə malik təbiəti ilə tanış olmuş, onun necə qorunmasınının təsvir olunduğu qısa filmlər izləyiblər. Daha sonra gənclər qruplara bölünərək psixoloji kmliklərinin inkişafi yönündə kommunikasiya qurublar.
Proqram iştirakçıları Xanbulan gölünün ətrafında 2 qrupa bölünüblər. Psixoloq Kamil Həmidovun və psixoterapevt Könül Babayevanın aparıcılığı ilə geştalt terapiya stilində kitabla terapiya (biblioterapiya) təşkil edilib. Gənclər duyğu və düşüncələrini təbiət və bir birilərilə harmonik mühitdə paylaşıb yeni fərqindəliklər qazanıblar. Digər qrupda isə Yoqa təlimatçısı Günel Alisoy tədbirə qatılanlarla tarixi və fəlsəfi kökləri qədim dövrə gedib çıxan yoqa təlimi keçirdi.
Yekunda nazirliyin nümayəndələri Turqut Əhmədov, Lalə Hacıyeva və Hirkan Milli Parkının direktoru Vüsal Həsənov çıxış edərək ekologiya sahəsində görülən işlər, bioloji müxtəlifliyin qorunması istiqamətində dövlətimizin apardığı səmərəli fəaliyyətindən danışaraq, gəncləri Milli Parklarımızı tanıtmağa, təbliğ etməyə səslədilər. Təşkilatın rəhbəri Kamil Həmidov Ekologiya və təbii sərvətlər nazirliyinin bütün əməkdaşlarına təşəkkür edərək, xüsusi əməyi olanlara və təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim etmişdir.

PİMD İctimai Birliyi fəaliyyətini psixoloji inkişaf və əhalinin psixoloji maarifləndirilməsi yönündə formalaşdıran qeyri-kommersiya təşkilatıdır. Tərkibində proqram-layihələr və klublar fəaliyyət göstərir. “PsixoTur” 1 – Qobustan tarixi diyarşünaslıq muzeyi, “PsixoTur” 2 – Şamaxının Kələxana kəndindəki sufi türbələri, “PsixoTur” 3 – Samur-Yalama Milli Parkında baş tutub.

PsixoTur 4 qısa video annotasiyası

 

Təşkilatın fəaliyyətini sosial şəbəkələrdə izləyərək tanış ola bilərsiniz: https://www.instagram.com/psixomaariflendirme/

COP29