!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Baydenə: "Çay süfrəsinə dəvət edirəm, bir şərtlə ki..." - VİDEO

!Reklam – Yazi

Putin Baydeni “blinçik”lə çay süfrəsinə dəvət edib.

Yenicag.az xəbər veir ki, bu barədə Rusiya dövlət başçısı Vladimir Putin oktyabrın 18-də Çinə səfərinin yekunlarına dair Kremlin mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Putin Rusiyanın Ukraynadakı münaqişədə uduzması ilə bağlı iddiaları gülünc adlandırıb.

“Əgər Rusiya müharibəni uduzubsa, onda niyə ABŞ Ukraynaya ATACMS göndərir? Qoy Bayden ATACMS-i, bütün digər silahları geri alsın, “blinçik”lə çay içməyə gəlsin”, – Rusiya lideri bildirib.

Daha sonra o, Rusiyanın münaqişədə itkisi ilə bağlı iddiaları da gülünc və şişirdilmiş adlandırıb.

Bundan əvvəl Rusiya prezidenti Amerikanın ATACMS raketlərinin Ukraynaya tədarükü barədə danışıb. Onun sözlərinə görə, bu, Ukraynanın aqoniyasını uzadan ABŞ-nin səhvidir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv