!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin bu risklərin fonunda Bakıdadır: Rusiyanın blokadadan çıxış yolları axtarışı

!Reklam – Yazi

“İran-İsrail münaqişəsi və bunun Cənubi Qafqaza təsiri, Qərbin bölgəyə müdaxiləsi ilə yarana biləcək təhdidlər və güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda, gözlənilən risklərin aradan qaldırılması fonunda Putin Bakıdadır”

Bunu Yenicag.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərini şərh edən politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Putinin Azərbaycana gəlişi bir çox məsələlərlə bağlıdır.

“Belə ki, ilk növbədə NATO amilini nəzərə almaq lazımdır. Şimal Alyansı ilə güc balansının Rusiyanın əleyhinə dəyişməsi perspektivinin qarşısı alınmalı idi. Yəni Rusiyanın Ermənistanda sıxışdırılması ilə Kremlin yalnız Cənubi Qafqazdakı təsir imkanları zəifləmir, həm də NATO-nun cənub cəbhədə önü açılır.
Eyni zamanda, Moskvanı hərəkətə keçirən digər səbəblərdən biri isə Avrasiya nəqlliyyat şəbəkəsi məsələsidir. ABŞ, Rusiya və Çin olmadan Mərkəzi Asiyadan Avropaya uzanan nəzliyyat dəhlizinin açılmasına cəhd edir. Bu isə birmənalı olaraq Rusiyanın maraqlarına ziddir”, – deyə o əlavə edib.

A.Nərimanlı əlavə edib ki, bu səfəri, Ukraynada başladılan müharibədən sonra Rusiyanın üzləşdiyi iqtisadi blokadadan çıxış yollarının axtarışı kimi də şərh etmək mümkündür.
“Bunun isə əsas iki yolu var. Ya Azərbaycan və Türkiyə üzərindən Cənub Qaz dəhlizi vasitəsilə enerji resurslarının bazara çıxarılması, ya da Fars körfəzi və Cənub Şərqi Asiyaya, xüsusilə Hindistana çıxış əldə etmək.

İkinci yol “Şimal-Cənub” nəqliyyat layihəsinin isə qarşısında bir sıra maneələt mövcuddur.
Ötən ay Hindistanın Baş naziri Narendra Modi ilə Moskvada Putin arasında görüş, daha sonra isə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana və Bakıya gəlişi “Şimal-Cənub” nəqliyyat layihəsinin yaxın perspektivdə işə düşməsi istəklərindən xəbər verir. Layihənin İran hissəsi isə hələ də tamamlanmayıb. Ən böyük problemlərdən biri isə hazırda texniki işlərdən daha çox, təhlükəsizlik məsələsi ilə bağlıdır.

İran-İsrail münaqişəsi və bunun Cənubi Qafqaza təsiri, Qərbin bölgəyə müdaxiləsi ilə yarana biləcək təhdidlər və güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda, gözlənilən risklərin aradan qaldırılması fonunda Putin Bakıdadır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv