Putin də Çinə gedir
“Rusiya prezidenti Vladimir Putinin Çinə dövlət səfərinin tarixləri tezliklə açıqlanacaq”.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
O, Putinin Çinə səfərinin vaxtının dəqiqləşdirilib-dəqiqləşdirilmədiyi sualına belə cavab verib:
“Tezliklə elan verəcəyik. Səfərə hazırlıqlar başa çatmaq üzrədir. Bu, çox tezliklə baş tutacaq”.












