Putin: “Donald Trampın qələbəsinə bizdən başqa heç kim inanmırdı”
Mən hər iki xalqın rifahı naminə ABŞ-ın gələcək administrasiyası ilə konstruktiv münasibət qurmaq istərdim.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında ABŞ-da seçkilərin nəticələrini və hazrıkı ABŞ administrasiyasının Rusiyanın ünvanına səsləndirdiyi seçkilər prosesinə müdaxilə etmək ittihamlarını şərh edərkən deyib.
“Donald Tramp cəmiyyətin əhval-ruhiyyəsini hiss etdi və seçki kampaniyasında sonadək getdi, baxmayaraq ki, ona bizdən başqa heç kim inanmırdı”.
V.Putinin sözlərinə görə, ABŞ-ın Demokratlar Partiyası hər cəbhədə uduzub və başqa yerdə səbəb axtarır: “Ləyaqatlə uduzmağı bacarmaq lazımdır”, – Rusiya prezidenti bildirib.
O əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyasının cox ciddi sistem problemləri var: “Hazırkı administrasiya milləti bölür. Mən hər iki xalqın rifahı naminə ABŞ-ın gələcək administrasiyası ilə konstruktiv münasibət qurmaq istərdim”.
Yeniçağ.Az