“…Putin hakimiyyəti itirə bilər”

media-hightechnic-468x90

download (73)“Ukraynada cərəyan edən hadisələr tezliklə sağalmayacaq”.

Bu fikri Yenicag.az saytına açıqlamasında politoloq Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, münaqişə hələ uzun sürəcək: “Ukraynada cərəyan edən hadisələr hələ ki, çözülməyib. Ona görə də bundan sonra orada hadisələrin hansı istiqamət götürəcəyini bəri başdan demək olmaz. Amma görünən odur ki, problem nəinki həllini tapır, hətta günü-gündən dərinləşməkdədir. Hər gün həm Ukrayna, həm də sepatarçılar tərəfindən qurbanlar verilir. Bu isə o anlama gəlir ki, buradakı yaralar tezliklə sağalan deyil. Rusiya öz məqsədlərindən əl çəkməyib, Ukraynaya təzyiqlərini davam etdirir. Ukrayna isə Avrointeqrasiya xəttindən geri çəkilən deyil. Bu baxımdan da düşünürəm ki, məsələ təkcə Ukrayna ilə Rusiya məsələsinə çevrilmir. Kiyev Moskvaya müqavimət göstərməkdə davam edəcək. Rusiya da həmçinin, Ukraynanı əldən buraxmaq istəmir. Onların hər ikisinin bu xətləri dönülməz xətdir. O baxımdan proses sonsuzluğa qədər gedə bilər. Lakin burada əsas mövqe ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları və bu məsələdə onların sona qədər tutacağı mövqedən asılıdır. Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilsə, Avropa Birliyi bu ölkə qazından imtina etmək kimi bir məsələni də ortaya atsa, belədə şimal qonşumuzun iqtisadiyyatı tam çökə bilər. İndiki durumda isə Rusiyanın iqtisadiyyatını tam çökdürmək mümkün deyil. Amma vəziyyət bu şəkildə davam edərsə, 6 ay-1 ildən sonra Rusiyada sanksiyalar ciddi nəticəsini göstərə bilər və burada artan sosial narazılıq Putinin hakimiyyəti itirməsinə səbəb ola bilər. Hazırki situasiyada isə münaqişənin həllinin yaxın zamanlarda sona çatması gözlənilmir”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600