Putin müharibəni dayandırmaqdan danışdı
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaqdansa, müharibəni bütövlükdə dayandırmağın daha yaxşı olacağını deyib.
Yenicag.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əlbəttə, bunu (hərbi əməliyyatları – red.) dayandırmaq istəyi var. Lakin bunu yox, bütövlükdə müharibəni dayandırmaq daha yaxşı olardı, o şərtlə ki, Ankoricdə müzakirə olunan kompromislərlə razılaşaq”, – o bildirib.












