”Putin nələr etmədi ki?”

media-hightechnic-468x90

lRusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov növbəti dəfə diqqət çəkən açıqlama verib.

O, Ukraynanın cənub-şərq ərazilərinin ayrılmaq ideyasını dəstəkləyənlərin sayının azlığından Putinin şok vəziyyətində olduğunu dilə gətirib.

Onun sözlərinə görə, Putin bunun üçün əlindən gələn hər şeyi edib:

”Ukraynanın elə bir vilayəti, şəhəri yoxdur ki, Putin dəstəkləməsin. Amma hətta separatçıların zəbt etdikləri şərq vilayətlərində belə ayrılmaq istəyənlərin sayının azlığı Putini şok vəziyyətinə salıb. Aparılan son sorğuların nəticəsində “Novrossiya” ideyasının iflasa uğradığı aydın göründü və Moskva bundan məyus oldu. Bu arada Putin nələr etmədi ki? Avantürist separatçı meyllərə dəstək, günahsız insanların qətli, daha nələr… Putin benzin tökdü, barıt yerləşdirdi və kibrit çəkdi – amma və amma onun istəyi baş tutmadı, Ukrayna alovlanmadı. Hətta Putinin separatçı “yanacağı” da kifayət etmədi”.

İllarionovun qənətinə görə, bütün bu olaylardan sonra Putinin ümidi yalnız diplomatik variantlara qalıb.

Keçmiş köməkçi sonda xatırladıb ki, “Novorossiya” ideyasının iflasa uğraması bir daha bu yanlış təşəbbüsün Krım hadisələrinə bənzəməsini göstərdi(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600