!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Rusiyasında şübhəli ölümlərin siyahısı… şok yaradır

!Reklam – Yazi
putin-turkiye-ile-anlasmazligimizin--6499186Birini liftdə öldürüblər, o birini küçənin ortasında, digərini zəhərlə… 
İngiltərədə aparılan araşdırmanın nəticəsinə görə, eks KQB agenti olan Aleksandr Litvinenkonun Londonda öldürülməsində Rusiya prezidenti Vladimir Putinin əli var. Bu xəbər isə Rusiyada Putinin hakimiyyəti dönəmində “şübhəli ölümləri” xatırladıb. Türkiyənin haberturk.com saytı bununla bağlı dosye hazırlayıb. Musavat.com isə həmin ölümlərin detallarını da yada salaraq, xatırlatma edib.
Məlum olub ki, 2000-ci ildən bu günə qədər çoxlu sayda Rusiya müxalifətçisi, müxalif fikirli jurnalist şübhəli şəkildə dünyasını dəyişib. Onların əksəriyyəti amansız şəkildə qətlə yetirilib, bəzilərinə intihar donu geyindirilib, bir çoxlarının “araşdırmaları illərdir davam edir”.
 
Boris Berezovski
 
Moskvanın siyasi və iş dünyasında güclü təsirə malik adam idi. İngiltərədə sürgün olaraq yaşayan müxalif milyarder evində ölü tapılıb. Məşhur rusiyalı iş adamı 2013-cü iin fevralında həyatını itirib. Öləndə B.Berezovskinin 67 yaşı olub. Onun ölüm səbəbi hələlik məlum deyil.V əkili Aleksandr Dobrovinsk bildirib ki, son aylarda Berezovski depressiyada idi, qohumları və dostları ilə çox az ünsiyyət qururdu. Qeyd edək ki, Berezovski 2003-cü ildən Londonda siyasi sığınacaq almışdı. Müxtəlif məlumatlara görə, onun son illərdə ciddi maliyyə problemləri vardı. O biznesdə uğursuzluğa düçar olmuşdu və Roman Abramoviçlə mühüm məhkəmə prosesini uduzmuşdu. Bununla belə, onun intihar edəcək xarakterdə olmadığı yaxınları tərəfindən iddia olunur və bu ölüm hələ də sirlərlə doludur.
Aleksandr Litvinenko 
 
A.Litvinenko eks KQB agenti idi və V.Putinlə kəskin münasibətləri ilə tanınırdı. O, 2006-cı il noyabrın 23-də Londonda vəfat edib. Ölümündə zəhərlənmə izləri olduğu artıq təsdiqlənib. O, “Millennium” otelinin “Pine Bar”ında dostları saydığı iki keçmiş Rusiya casusu – Andrey Luqovoy və Dmitri Kovtunla görüşdən bir neçə saat sonra özünü pis hiss edib. Qusma və kəskin ağrı simptomları ilə noyabrın 3-də yaşadığı şimali Londondakı yerli xəstəxanaya qəbul edilib. Litvinenkoda radioaktiv zəhərlənmənin əlamətləri var idi. Onun saçları tökülürdü. Lakin həkimlər onu Geyger sayğacı ilə müayinə edəndə, radiasiya qeydə alınmamışdı. O, ağır xəstə idi, lakin heç kim nə baş verdiyini bilmirdi.
Boris Nemtsov 
 
Rusiya müxalifətinin tanınmış liderlərindən olan Boris Nemtsov 2015-ci ilin fevralın 27-də Moskvada öldürülüb. İnformasiya agentlikləri Boris Nemtsovun gecə saatlarında Moskvanın mərkəzində gəzinti zamanı naməlum adamlar tərəfindən gülllələndiyini, aldığı 4 güllə yarasından isə öldüyünü xəbər verirlər. əsmilər müxalifət liderinin qətlə yetirildiyini təsdiqləsələr də hələlik hadisənin təfərrüatları barədə ətraflı məlumat yoxdur. Boris Nemtsov Rusiya prezidenti Vladimir Putinin ən sərt tənqidçilərindən idi. O, Rusiya Baş nazirinin müavini olmuşdu. Keçmiş prezident Boris Yeltsindən sonra ölkə rəhbərliyinə ən şanslı namizəd kimi uzun müddət adı hallanmışdı. Amma sonradan müxalifətə keçmiş, prezident Vladimir Putinin sərt tənqidçisinə çevrilmişdi. Öldürüləndə Boris Nemtsovun 55 yaşı vardı.
 
Sergey Yuşenkov 
 
Liberal Rusiya Partiyasnın lideri olub. 17 aprel 2003-cü ildə evinin yaxınlarında bir silahlı hücum nəticəsində öldürülüb.
 
STANISLAV MARKELOV  / ANSTASIA BABUROVA
 
19 yanvar 2009-cu ildə Moskvada dəhşətli siyasi qətl baş verib. Naməlum muzdlu qatil 14.30-da məşhur vəkil Stanislav Markelovu və onunla birlikdə olan jurnalist, “Novaya qazeta”nın əməkdaşı Anastasiya Baburovanı səsboğucusu olan tapança ilə güllələyib. Markelov hadisə yerində, jurnalist qız isə xəstəxanada keçinib. Həmin vaxt onlar mətbuat konfransından çıxırmışlar.
Maraqlıdır ki, Markelov rus zabiti Budanov tərəfindən oğurlanaraq (bəzi versiyalara görə, zorlanaraq) öldürülmüş çeçen qızı Elza Kunqayevanın vəkili idi. Bir neçə gün öncə isə qatil hərbçini azadlığa buraxıblar. Qətlə yetirilənlərin iştirak etdiyi mətbuat konfransı da həmin məsələyə həsr olunubmuş.
Çeçenistan prezidenti Ramzan Kadırov Markelovu ölümündən sonra “Çeçenistan Respublikası qarşısında xidmətinə görə” medalı ilə təltif edib.
Qatilin fotorobotu hazırlanıb. Ancaq ortaya çıxıb ki, hadisə baş verən küçədəki fotokameralar qatili lap uzaqdan qeydə ala biliblər. Bir şox hüquq müdafiəçiləri, o cümlədən Çeçenistanda insan haqlarının müdafiəsi ilə məşğul olan Nurdi Nuxaciyev hesab edir ki, Markelovu məhz Budanovun işi ilə bağlı öldürüblər. Vəkil özü sağlığında deyirmiş ki, ona hədə dolu telefon zəngləri gəlir. Ölümündən sonra Markelovun telefonuna gələn mesajlatın bir neçəsi açıqlanıb. Mesajlar belədir: “Sən, beyinsiz heyvan, yenə Budanovun işinə girişmisən?”; “Axmaq, özünə daha sakit intihar üsulu tapa bilmirsən?”.
NATALYA ESTEMIROVA
 
17 iyul 2009-cu ildə isə Rusiyanın “Memorial” insan haqları hərəkatının tanınmış fəallarından olan Natalya Estemirova öldürülüb. İnsan haqları müdafiəçisini iyulun 15-də Qroznıdakı evindən oğurlayıblar. Dünən səhər onun cəsədi İnquşetiya ərazisindən tapılıb. Rusiya Baş Prokurorluğunun İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, qadının cəsədi federal Qafqaz şosse yolunun kənarında aşkar edilib.
Onu başına və sinəsinə atəş açmaqla öldürüblər və yol kənarına atıblar. Bildirilir ki, Anna Politkovskaya adına beynəlxalq insan haqları mükafatının ilk laureatı olan Estemirova “Memorial”ın Şimali Qafqazda ən fəal və aparıcı əməkdaşı olub. Onun fəaliyyəti dəfələrlə Çeçenistan hakimiyyətini qəzəbləndirib.Son vaxtlar Estemirovanın Çeçenistan milisinin yaraqlıların evlərinə od vurması hallarını araşdırdığı bildirilir.
Məlumata görə, insan haqları müdafiəçisini səhər saatlarında onun evinə basqın edən naməlum silahlı şəxslər oğurlayıblar. Qadın yalnız onu qışqıra bilib ki, oğurlanır. Estemirovanın fəaliyyətinə Çeçenistanda son vaxtlar artan insan oğurluqları faktları və digər qalmaqallı faktlarla bağlı araşdırmalar da daxil olub. Belə faktlardan biri çeçen yaraqlılarından birinin arvadı, 20 yaşlı Madinə Yunusovanın milislər tərəfindən oğurlanaraq öldürülməsidir. Milislər qızı oğurladıqdan sonra onun evinə də od vurublar.
ANNA POLITKOVSKAYA
 
Rusiyanın Çeçenistana müdaxiləsinin ən qatı əleyhdarlarından olan rusiyalı journalist Anna Politkovskaya 2006-cı ildə öldürülüb. Onu yaşadığı binanın liftində ölü tapıblar. 2 uşaq anası Politkovskaya rəsmi Rusiyanın sərt reaksiyasına baxmayaraq, Moskvanın Çeçenistan siyasətini tənqid etməkdən vaz keçmirdi.
PAUL Xlebnikov 
 
Amerikan Forbes Jurnalının Rusiya redaktoru olan P.Xlebnikov 2004-cü ildə qətlə yetirilib. Rus baronlarına ünvanlanan tənqidlərlə tanınan redactor 4 güllə yarasından dünyasını dəyişib. Amerikan vətəndaşı olan rus mənşəli journalist media patron Berezovskiyə ağır tənqidlə dolu bir kitab yazmışdı. Bundan başqa, onun yazılarında hakimiyyətdəki oliqarxlar da kəskin tənqid olunub.
müsavat.com

 

COP29

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv