Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev arasında teelfon danışığı baş tutub.
Yenicag.az “Akorda”ya istiandən xəbər verir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
Bildirilib ki, dövlət başçıları Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib, həlak olanların tezliklə sağalmasını arzulayıblar.
Həmsöhbətlər təyyarənin qəzaya uğrama şəraitinin aydınlaşdırılması istiqamətində tərəflərin gördükləri işləri müzakirə ediblər. Tokayev qeyd edib ki, Qazaxıstan Respublikasının yaradılmış Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssisləri cəlb etməklə araşdırmanı davam etdirir.
Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib.
www.yenicag.az