!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: "Türkiyənin vasitəçiliyi olmasaydı..."

!Reklam – Yazi

“Türkiyənin vasitəçiliyi olmasaydı, ehtiyacı olanlara taxıl çatmayacaqdı”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimer Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Putin bildirib ki, Türkiyənin vasitəçiliyi olmasaydı, Ukrayna taxılı kasıb ölkələrə yox, Avropa İttifaqı (Aİ) ölkələrinə göndəriləcəkdi:

“Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi etdik. Afrika dövlətlərinin rəhbərləri ilə görüşdüm və onlara söz verdim ki, onların maraqlarını təmin etmək üçün hər şeyi edəcəyik. Bunu Türkiyə ilə birlikdə etdik. Sonda bildirmək istəyirəm ki, əgər Türkiyə vasitəçi statusuna malik olmasaydı, Ukraynadan ixrac edilən taxılın, demək olar ki, hamısı inkişaf etməkdə olan və ən kasıb ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə göndəriləcəkdi”.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv