!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Putin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini elan edəcək" - Britaniya kəşfiyyatı

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya Federasiyasına qatılmasınk rəsmən elan edə bilər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu iddiaya Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında yer verilib.

Hesabatda qeyd edilib ki, Putinin sentyabrın 30-da Rusiya parlamentinin hər iki palatasında çıxışı planlaşdırılır. Putinin bu çıxışı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya Federasiyasına birləşdirilməsini elan etmək üçün edəcəyi ehtimal olunur. Bu torpaqlarda davam edən referendumların sentyabrın 27-də başa çatması planlaşdırılır.

Hesabatda deyilir ki, Rusiya lideri ümid edir ki, bu, vətənpərvərlik dəstəyini gücləndirəcək. Rusiyanın son döyüş meydanındakı uğursuzluqları və keçən həftə elan edilmiş qismən səfərbərliklə bağlı daxildə artan narahatlıq, çox güman ki, bu istəyi sarsıdacaq.

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv