!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Ukrayna və digər dost olmayan ölkələrlə bağlı göstəriş verdi

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Ukrayna və digər dost olmayan ölkələrdən kriminal zənglərin qarşısını almaq üçün tədbirlərin işlənib hazırlanması barədə göstəriş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan təlimat siyahısında qeyd olunub.

“Rusiya hökuməti FTX və Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Ukrayna ərazisindən və digər dost olmayan xarici dövlətlərdən cinayət məqsədləri üçün edilən telefon zənglərinin qarşısını almaq üçün əlavə tədbirlər, habelə Rusiya vətəndaşlarının hüquq və qanuni mənafelərinin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayət hücumlarından qorunması üçün digər zəruri tədbirlər hazırlamalıdır”, – sənəddə deyilir.

Bunun üçün son tarix 1 iyul 2025-ci ildir. Dövlət başçısı baş nazir Mixail Mişustini, FTX rəhbəri Aleksandr Bortnikovu və daxili işlər naziri Vladimir Kolokoltsevi məsul şəxslər təyin edib.

www.yenicag.az

69
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv