Putin Ukraynanı terrorizmdə günahlandırdı
Kiyev rejimi hər gün cəbhə xəttində ərazilər itirir və bunu dəyişdirmək iqtidarında olmadığından terrora ümid bağlayır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin seçkilərdə təhlükəsizliyin təmin olunmasına dair müşavirədə bildirib.
Rusiya lideri diqqəti ona yönəldib ki, Kiyev rejimi artıq Rusiya Silahlı Qüvvələrinin döyüş meydanında irəliləməsini dayandıra bilmədiyi üçün açıq terror metodlarına keçib. “Düşmən bizim qoşunlarımızın, bizim oğlanlarımızın təmas xəttində irəliləməsini dayandıra bilmir və hər gün müəyyən əraziləri itirir. Hər gün. Buna görə də terrora ümid bağlayırlar”, – Putin bildirib.













