Putin və Ərdoğan bugün görüşəcək-Foto
I Avropa Oyunlarının açılış mərasimi münasibəti ilə Bakıda keçirilən möhtəşəm açılış mərasimində iştirak etmək üçün paytaxtımızda səfərdə olan Türkiyə və Rusiya prezidentləri bu gün görüşəcəklər.
Yenicag.az xəbər verir ki, Azərbaycana gələn Rəcəb Tayyib Ərdoğan ötən gün azərbaycanlı həmkarı İlham Əliyev və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhamədovla görüşüb.
Məlumata görə, Vladimir Putinlə görüşdə regional məsələlər, enerji- xüsusilə Türk Axını layihəsi, eləcə də Suriya və İraqdakı problemlər müzakirə ediləcək.
Təbii qazın qiyməti ilə bağlı razılıq imzalanacağı da gözlənilir.