“Müharibənin indiki mərhələsinin nəticələri Ukrayna və Rusiya üçün çox ağır olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ukraynanın dərinliklərinə zərbələr endirməsi və müharibənin şiddətli mərhələyə qədəm qoymasını şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, Rusiya blef etmədiyini sübut etmək üçün taktiki nüvə silahından istifadə edə bilər.
“Müharibə getdikcə daha da şiddətlənir. ABŞ və Qərb ölkələri Ukraynaya uzaqmənzilli raketlər verib ki, Rusiyanın dərinliklərində istifadə edə bilsinlər. Ukrayna tərəfi Rusiyanın cəbhəyə gedən kolonlarını vururlar. Rusiya Müdafiə Nazirliyi qərar verdi ki, böyük kolonlarla hərəkət olunmasın.
Putin çıxışında bildirdi ki, strateji silahlardan istifadə etmirlər. Xəbərdarlıq etdi ki, Qərb, ABŞ tərəfdən raketlərin verilməsinə davam edilsə, strateji silahlardan istifadə edəcəklər. Rusiya uduzmağı həzm etməyəcək, qəbul etməyəcək. Hətta taktiki nüvə silahından istifadə etmək lazım gəlsə, ondan da istifadə edəcəklər. Rusiya həm də blef etmədiyini sübut etmək üçün bu addımı ata bilər”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, Ukrayna silahlı qüvvələri müəyyən əraziləri işağldan azad edir.
“Xarkov ərazisində bufer zona yaratmaq istəyi baş tutmadı. Ukrayna Rusiyanın dərinliyinə raket və PUA-larla zərbələr endirir. Rusiya 50 mindən çox qoşunu Xarkov istiqamətinə cəmləşdirir. Bunun nəticəsi həm Ukrayna, həm Rusiya üçün çox ağır olacaq”, – deyə o yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az