!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin başına pul qoyan biznesmendən YENİ AÇIQLAMA

!Reklam – Yazi

Rusiyalı sahibkar və keçmiş bankir Aleks Konanıxin Rusiya prezidenti Putinin başına mükafat qoyduğunu xəbər vermişdik. 

Yenicag.az bildirir ki, onun bu barədə sosial media hesabından etdiyi paylaşımı “Facebook” tərəfindən silinib.

Buna səbəb kimi isə biznesmenin 1 milyon dollarlıq mükafat elanını “Vladimir Putin kütləvi qətlə görə ölü və ya diri axtarılır” sözləri olan şəkili paylaşması göstərilib.
Buna baxmayaraq, rusiyalı iş adamı yenidən paylaşım edərək Putinin hərbi cinayətkar olduğunu və müxalifləri öldürdüyü fikrini yenidən müdafiə edib.
Aleks Konanıxin bu gün məsələ ilə bağlı yenidən açıqlama verib. O, “Bəzi məlumatlarda Putinə sui-qəsd edənlərə pul ödəməklə bağlı söz verdiyim qeyd olunub, amma bu, düzgün deyil. Belə bir nəticə bütün dünyada milyonlarla insan tərəfindən alqışlansa da, hesab edirəm ki, Putin ədalət qarşısında cavab verməlidir”, – deyə bildirib.
COP29

www.yenicag.az

1917
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv