"20 Yanvar hələ də kinomuzda yoxdur: Nəyi gözləyirik?" – Şeyx Əbdül
“20 Yanvar faciəsi hələ də kinomuzda layiqincə əksini tapmayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov deyib.
O, Azərbaycan tarixinin həm qanlı, həm də şanlı səhifəsi kimi yaddaşımıza yazılan 20 Yanvar faciəsinin hələ də kinomuzda layiqincə əks olunmadığını bildirib. Rejissor bunun səbəblərini aşağıdakı kimi izah edib:
“20 Yanvar faciəsi hələ də kinomuzda layiqincə əksini tapmayıb. Bu mövzuda ortada keyfiyyətli film yoxdur. Bunun üçün kinostudiya bərpa olunmalıdır. Azərbaycan kinosu nə qədər ki, bərpa olunmayıb, 20 Yanvar faciəsi və digər tarixi hadisələrlə bağlı ortaya sanballı filmlər çıxmayacaq.
Bir neçə prodakşın məhsulu olan filmlər var, onlar da peşəkar ekran işləri deyil. Yüksək səviyyəli ekran işlərinin ərsəyə gəlməsi üçün peşəkar səviyyədə ssenarilər yazılmalıdır. Eyni zamanda maliyyə dəstəyi lazımdır”.
Cəvahir












