“Putinin beli qırıldı” – Yenicag.Az

Reklam

Reklam

Putin130912Zərdüşt Əlizadə: “Rusiyanı ciddi təşkilatı və maliyyə fəsadları gözləyir”

Xəbər verildiyi kimi Fransa və Belçika Rusiyanın YUKOS neft şirkətinin işi üzrə beynəlxalq arbitraj məhkəməsinin qərarından sonra bu ölkənin aktivlərinə həbs qoyublar. Qeyd edək ki, ötən il məhkəmə YUKOS səhmdarlarına 50 milyard dollar kompensasiya ödənməsini nəzərdə tutan iddianı təmin edib. Haaqadakı beynəlxalq arbitraj məhkəməsi bildirib ki, Rusiya rəsmiləri YUKOSU müflis etmək və onun rəhbəri Mixail Xodorkovskini həbsə atmaq üçün hüquq sistemini manipulyasiya ediblər. Bu əsasda Fransa Rusiyaya məxsus 8-9 binaya və təqribən 40 bank hesabına həbs qoyub. Bundan başqa, Avropa İttifaqının üzvü olan Litva da Rusiyanı təcrid etməyə səsləyir. Bütün bunlardan göründüyü kimi,Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsi başlamaq üzrədir. Görəsən, cərəyan edən bu proseslər nə ilə nəticələnə bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, bu proses Rusiyanı olduqca ağır bir duruma salacaq:“Rusiya hakimiyyəti özünün yeritdiyi taktika üzündən çox böyük çətinliklərlə üz-üzə qalacaq. Qərb YUKOS məsələsindən istifadə edib Putini mümkün qədər daha çox sıxmağa çalışır. Rusiya rəhbərliyi ölkəsinin ağıllı insanlarının təkliflərinə riayət etsəydi indiki kimi çətin duruma düşməzdi. Amma indiki halda Qərb məhkəməsinin yuridiksiyasını qəbul etdiklərindən, onun verdiyi qərarları da yerinə yetirmək məcburiyyətindədirlər. Bu isə Rusiya üçün ciddi təşkilatı və maliyyə fəsadları törədəcək. Arbitraj Məhkəməsi 50 milyard dollar kompensasiya ödənilməsi qərarını verib, onun üzərində də gündə 2 milyon cərimə gəlir. Bu da il ərzində 730 min dollar cərimə deməkdir. Rusiyanın cəmi 300 milyard dollarlıq qızıl valyuta ehtiyatı var. Bundan 50 milyard dolları çıxanda, görünür ki, Rusiya çoxsaylı ehtiyaclarını ödəmək gücündə olmayacaq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."