!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin imzaladığı fərmanın PƏRDƏARXASI: Rusiyada miqrantlardan ibarət yeni ordu toplanır

!Reklam – Yazi

“Mənim “YouTube” kanalımda 1 il əvvəl Rusiyada yeni səfərbərliyin elan edilməsi ilə bağlı video yayımlanmışdı. Sözügedən videolar yayımlanandan sonra Rusiyada yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı mənə suallar verdilər. Mən də onlara cavab olaraq deyirdim ki, müxtəlif mənbələrdən aldığımız məlumatların nəticəsidir ki, Rusiyada miqrantlardan ibarət yeni ordu toplanır. Çünki orduda insan çatışmazlığı mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Mütəxəssis Rusiya ordusunun şəxsi heyətinin sayının arıtırılması ilə bağlı Rusiya prezidenti Valdimir Putinin ötən gün imzaladığı fərmanının pərdəarxası məqamlarına toxunub.

F. Abbasov diqqətə çatdırıb ki, artıq onun paylaşdığı videonun üstündən 1 il keçib və hazırda Rusiyada prezident Vladimir Putinin fərmanı ilə Rusiya ordusunun şəxsi heyətinin 2 milyon 400 min insana çatdırılması xəbəri yayımlanıb:

“Hərçənd keçən ilin bu vaxtı bu rəqəm sadəcə 400 min insan idi. Əlbəttə ki, illər əvvəl Putin Rusiya ordusunun peşəkar orduya keçəcəyini, 18 yaşında gənc çağırışçıların qaynar nöqtələrə göndərilməyəcəyini, göndəriləcəyi təqdirdə də çox ciddi hazırlıq keçəcəyini vəd etmişdi. Amma hazırkı reallıq onu göstərir ki, nə Yevgeni Priqojinin dustaqlardan ibarət “Vaqner” qruplaşması, nə də sərxoş, əyyaş və xüsusi çəkisi olmayan şəxslərdən ibarət ordu bölmələri Rusiyanın gözləntilərini doğrultmur”.

O qeyd edib ki, nəticə etibarilə, Rusiya həm miqrantları hərəkətə keçirir, həm də müxtəlif fəaliyyətlər apararaq ordu birliklərinin sayını çoxaltmağa çalışır.

“Qısacası, bu barədə gəzən şayiələr nəticədə doğrulandı. Bu gün Rusiyanın əsgər ehtiyacı var və bu ehtiyacı doldurmaq üçün Putin ən müxtəlif fürsətlər əl atacaq. Hətta yaxın gələcəkdə Rusiya ordusunda miqrantlardan – özbək, tacik, qırğız, qazax, gürcü, azərbaycanlı, erməni və digər millətlərdən ibarət batalyonların yaradılacağını da istisna etmirik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv