Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinin Krım səfərində ŞOVİNİST AÇIQLAMALAR: "Bu, Rusiyaya baha başa gələcək" - Politoloq

“Rusiya Krımda bütün qırmızı cizgiləri aşdı”.

Bunu Rusiya prezidenti Vladimir Putinin ilhaq edilmiş Krıma səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu Qərb ölkələrinin Krımın ilhaqı ilə bağlı tətbiq edilən sanksiyaların qaldırılmayacağını qeyd edib:

“Rusiya Krımı 2014-cü ildə ilhaq edib. Rusiyanın iddiası budur ki, guya hər şey qanuni keçirilib, Krım əhalisi referendumda Rusiyaya birləşməyə səs verib. Rusiyaya deyən yoxdur ki, sən axı referendumdan əvvəl oranı ilhaq etmişdin. Kiyevdə hakimiyyət dəyişən kimi Rusiya ordusunu gizli və açıq şəkildə ora yerləşdirdi. Putin bunu həyata keçirəndə düşünməliydi ki, buna görə Rusiya ağır cəzalandırılacaq. Qərb ölkələri ilə münasibətlər korlandı, sanksiyalar tətbiq edildi. Krım ilhaq altında qaldığı müddətdə heç bir dövlət bu sanksiyalardan imtina etməyəcək. Rusiya hakimiyyətinin ümidi onda idi ki, bir müddət sonra Qərb yumşalacaq, Krımı da Rusiya ərazisi kimi tanıyacaq. Elə deyil. Bir misal çəkim. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı Baltik ölkələrini işğal etdi, ancaq Qərb SSRİ dağılana kimi Baltik ölkələrini sovetlərin tərkib hissəsi kimi tanımadı. Krımla da bağlı eyni vəziyyətdir. İnanmıram ki, Qərb Krımın ilhaqını unutsun. Çünki Rusiya Krımda bütün qırmızı cizgiləri aşdı.

Ola bilsin, Rusiya Abxaziya və Osetiyanın ilhaqının Qərb ölkələri tərəfindən elə də böyük təpki ilə qarşılanmadığını düşünərək Krımın ilhaqının da eyni cür qarşılanacağını düşünüb. Amma belə olmadı”.

Politoloq bütün təzyiqlərə baxmayaraq, Krımın hələ uzun müddət Rusiyanın ilhaqı altında qalacağını vurğulayıb:

“Şəxsi təəssüratım bundan ibarətdir ki, Rusiyada hakimiyyət bir gün dəyişsə, ən liberal şəxs ölkə prezidenti olsa belə – baxmayaraq ki, bunun ehtimalı çox azdır – Rusiyanın heç bir lideri Krımı geri qaytarmayacaq. Putin qırmızı cizgiləri aşsa da, artıq Rusiya siyasətini müəyyənləşdirdi. Krımı da müqəddəs ərazi sayırlar. Halbuki, Krım vaxtilə türk torpağı olub, sonralar sürgünlər həyata keçirilib.

Putin də Krıma ara-sıra səfərlər edir, şovinist açıqlamalar verir: “Krım bizimdir, bizim olaraq qalacaq”. O, bununla Ukraynanı daha çox qıcıqlandırır. Putinə qalsa, Krım və Donbasla kifayətlənməz, Ukraynanı parçalayıb iki hissəyə bölər. Belə bir layihə də var. Krım ilhaq altında hələ uzun illər qalacaq. Ancaq bir daha təkrar edirəm ki, bu, Rusiyaya baha başa gələcək”.

Aqil Bəkir

www.yenicag.az

333
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100