Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinin Krım sirri açıldı

88220Vladimir Putin Krımı birləşdirmək planının hazırlanması barədə göstərişi yarımadada referendum keçirlməsindən həftələr öncə verdiyini ilk dəfə olaraq etiraf edib. Krım rəsmi olaraq Rusiyaya ötən il martın 18-də birləşdirilmişdi.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya televiziyasına danışan Putin, “Krımı qaytarmaq” planı üzərində işə başlamaq göstərişini fevralın 22-də gecədən səhərədək davam etmiş iclasın sonunda verdiyini bildirib.

Rusiya prezidentinin təbirincə, həmin iclas Ukraynada prezident Viktor Yanukoviçin devrilməsindən sonra keçirilib.

Ötən il etdiyi çıxışında Vladimir Putin bildirmişdi ki, yarımadada Krımla bağlı keçirilmiş gizli sorğunun nəticəsi əhalinin 80 faizinin Rusiyaya birləşməni dəstəklədiyini göstərdikdən sonra qəti qərarını verib.

Rusiya televiziyasının keçən ilin aprel ayında bildirdiyinə görə, sorğunun nəticələri martın 16-da keçirilmiş referendumda öz təsdiqini tapmışdı.

Rusiya televiziyasında yaxın vaxtlarda nümayiş etdiriləcək sənədli filmində Putin söyləyib ki, fevralın 22-dən 23-nə keçən gecə davam etmiş iclas devrilmiş Ukrayna prezidentinin xilas edilməsi planını hazırlamaq məqsədilə keçirilmişdi.

“Mən xüsusi xidmət orqanlarımızın rəhbərlərini və Müdafiə nazirini Kremlə dəvət edib onlara Ukrayna prezidentini xilas etməyi tapşırdım, onu Ukraynada sadəcə məhv etmək istəyirdilər”, Putin deyib.

“İclas, təxminən, səhər saat 7-də başa çatdı. Ayrılanda həmkarlarıma dedim ki, şərait bizi Krımı Rusiya tərkibinə qaytarmaq üzərində işə başlamağa məcbur edir”, Rusiya prezidenti bildirib.

Həmin sənədli filmin treyleri ötən bazar günü Rusiya televiziyası ilə nümayiş etdirilib.

Təqvim: Krımın ilhaq( birləşdirmə) edilməsi təqvimi

-22 fevral, keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç zorakı etirazlardan sonra Kievi tərk edir.

-23 fevral, Rusiya prezidenti Vladimir Putin Yanukoviçin xilas edilməsini və Krımın ilhaqını planlaşdırır.

-27 fevral, rusiyapərəst silahlılar Krımda parlament binası və digər mühüm obyektləri ələ keçirirlər.

-28 fevral, naməlum hərbi geyimli əsgərlər Krımda iki aeroportu nəzarət altına götürürlər.

-1 mart, Rusiya parlamenti prezident Putinə Ukraynada hərbi qüvvələrdən istifadə etmək icazəsi verir.

-16 mart, referendumda səs verənlərin 97 faizi Krımın Rusiyaya birləşməsini dəstəkləyir.

-18 mart, prezident Putin Krımın Rusiya Federasiyasına birləşməsi barədə fərmanı imzalayır.

www.yenicag.az

306