!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin qorxulu yuxusuna çevrilən “YENİ VLASOVÇULAR”: “Rusiyanın azadlığı” legionu necə yaradılıb? – ŞƏRH

!Reklam – Yazi

“Bəlkə də gələcəkdə nə vaxtsa bu barədə daha dəqiq məlumatlar üzə çıxacaq”.

Bu fikirləri Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirən Rusiya əleyhinə hərbi əməliyyatlara başlayan “Rusiyanın azadlığı” legionu necə yaradılması və idarə olunması haqda danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rusiya qarşı döyüşlərə başlayan bu legionun hansı qüvvələr tərəfindən formalaşdırıldığını təxmin etmək çətin deyil:

“Əslində, “Rusiyanın azadlığı” adlandırılan və Rusiya əleyhinə cəbhə açan bu legion haqqında hər hansı dəqiqləşdirilmiş məlumat əldə etmək mümkün olmadığı üçün məsələ barəsində konkret danışmaq çətindir. Ancaq qeyri-rəsmi kanallar vasitəsilə yayılan informasiyalarda həmin legionun Polşada yaradıldığı və tərkibində ruslarla yanaşı, polyak, o cümlədən, başqa xalqların nümayəndələrinin olduğu bildirilir.

Bu məsələyə həm də məntiqlə yanaşsaq, o zaman Rusiyaya qarşı formalaşdırılan bu legionun hansı qüvvələr tərəfindən yaradıldığı, silah və zəruri informasiyalarla təchiz olunduğunu təxmin etmək mümkündür. Əlbəttə, burada Rusiyaya əks cəbhədə dayanan dövlətlərin birbaşa rolunun olması şübhə doğurmur. O da məlumdir ki, Rusiyanın əleyhinə çıxan dövlətlərin sözügedən legionun yaradılmasında və təchizatında rol oynadıqlarını etiraf edəcəklərini gözləmək yersizdir. Bəlkə də gələcəkdə nə vaxtsa bu barədə daha dəqiq məlumatlar üzə çıxacaq. Ancaq bu gün üçün vəziyyət dediyim kimidir”.

A.Zeynalov

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv