Putinin Türkiyə səfərinin təfərrüatları
Rusiya prezidenti Vladimir Putinlə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın dekabr ayında iki ölkə arasındakı əməkdaşlığın yeni sferalarını müzakirə etməyi gözlənilir.
Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Putinin səfəri dekabr ayının 1-nə nəzərdə tutulub. Rusiya dövlət başçısı həmin gün Türkiyədə Əməkdaşlıq Konqresinin toplantısına qatılmağı düşünür. Ölkələr arasındakı yeni hədəfləri müəyyənləşdirən liderlər enerji məsələsini, xüsusilə də strateji yöndə bir çox istiqamətləri müzakirə etməyi planlaşdırırlar.
Həmçinin qeyd edək ki, Kremldə Vladimir Putin Türkiyənin səfiri Ümit Yardımı və digər ölkələrin 15 ölkənin səfirlərini qəbul edib.
Rusiya dövlət başçısı, ABŞ hökuməti ilə də əməkdaşlığa hazır olduğunu bildirib.
Sonrakı aylarda Putinin Özbəkistana da səfəri gözlənilir.