Putinlə görüşdə Merkellə Olland özlərini ABŞ təmsilçiləri kimi aparırdılar – Ekspert

media-hightechnic-468x90

10957490_984499614911434_7848984735114855864_nUkraynada dialoq arayışında olan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü hansı nəticəni verəcək? Qeyd edək ki, A.Merkel və F.Olland Moskvaya Donbassda yaranan vəziyyətin həlli istiqamətində atılacaq addımları müzakirə etmək üçün gəlmişdilər.

Siyasi şərhçi Tofiq Abbasov hesab edir ki, Ukrayna böhranında rəsmi Kiyevin proseslərə təsir etməsi daha da tükəndiyindən prezident Poroşenko Moskva ilə kompromis axtarışında Qərb koalisiyasına ümidli olmasını daha gizlətmir.

tofiq abbasov009“Lakin hərbi kampaniyanın səngiməməsi vəziyyəti bir qədər də kəskinləşdirib. Moskvada Putin-Merkel-Olland danışıqları ona görə çətin keçdi ki, Rusiya Minsk danışıqlarının məhz rəsmi Kiyev tərəfindən pozulmasını diqqətə gətirib bildirir ki, dövlət qüvvələri cənub-şərq qüvvələri ilə həll yollarını tapmalıdır.

İkinci problem ondadır ki, Avropa təmsilçiləri Moskvada öz mövqelərindən daha çox Vaşinqtonun tələblərini qabartmağa çalışırlar. ABŞ təkidlə bildirir ki, Avropada sərhədləri dəyişməyə qəti yol vermək olmaz. Bu minvalla Amerika Krımın Ukraynaya qaytarılmasını tələb edir ki, bu da baş tutan məsələ deyil. Rusiya Amerikaya bildirir ki, Avropada sərhədlərin zorla dəyişdirilməsinə ilk dəfə rəvac verən məhz Vaşinqton oldu.

Bu kontekstdə Qərb-Şərq münasibətlərində barışmazlıq çaları o dərəcədə danışıqlar formatı üzərində boylanır ki, orta məxrəcin tapılması müşkül görünür.Real vəziyyətə gəldikdə isə sülh ehtimalı çox kövrək görünür. Çünki Ukrayna böhranı ətrafında fövqəl qüvvələr daha çox öz aralarında olan ixtilaf və problemlər ətrafında çəkişirlər. Prezident Poroşenkonun isə özünün heç bir planı yoxdur. Və ən acınacaqlı odur ki, müharibə hətta müvəqqəti dayandırlıdığı təqdirdə Kiyev nə edəcəyini bilmir. Buna görə də ölkədaxili ictimai-siyasi vəziyyət son dərəcə gərginləşib. Müharibəyə qarşı çıxanların sayı günbəgün artır. Odur ki, Ukrayna rəhbərliyi hazırda son dərəcə mürəkkəb durumda bir çox dilemmalar qarşısında aciz görünür”.

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600