!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın din xadimləri ilə bağlı QƏRAR: “Elə şeylər var, soruşmağa həya edirlər” – İLAHİYYATÇI RƏYİ

!Reklam – Yazi

“Qadınların ailə münasibətləri, qadın xəstəlikləri və digər məsələlərlə bağlı xüsusi sualları olur. Bu sualları məscidin imamı və axundundan soruşa bilmirlər, çünki həya edirlər”.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün elan etdiyi müsahibə ilə bağlı fikirlərini bölüşərkən ilahiyyatçı Yaşar Qurbanov Yenicag.az-a açıqlamasında deyib.

O, məscidlərdə qadın din xadimlərinə ehtiyac olduğunu dini əsaslarla izah edib:

“Həqiqətən məscidlərdə qadın din xadimlərinə ehtiyac var, verilən qərar da bu zərurətdən irəli gəlib. Qadınlar, yaxud qızlar Quran oxumaq, Quranı öyrənmək istəyirlər amma çox məscidlərdə bunun üçün şərait yoxdur. Yalnız bəzi məscidlərdə fərdi olaraq Quranın öyrənilməsi üçün dərslər keçirilir. Dəfələrlə mənə müraciətlər edib deyiblər ki, qızları Quran dərsləri almaq istəyir, lakin hara edəcəklərini bilmirlər. Məsciddə qadın din xadimi olarsa, qızların və qadınların məscidlərə gəlib Quranı öyrənməsi üçün rahat şərait yaradılacaq.

Digər tərəfdən, hər məsciddə qadınların namaz qılması üçün xüsusi yer ayrılıb. Onların ailə münasibətləri, qadın xəstəlikləri və digər məsələlərlə bağlı xüsusi sualları olur. Bu sualı məscidin imamı və axundundan soruşa bilmirlər, həya edirlər.

Bu baxımdan da məscidlərdə qadın din xadimlərinin olması bir zərurətdir. Qadınlar onlar üçün ayrılmış xüsusi məkanda özlərini daha rahat hiss edəcəklər. Namaz qılmaq istəyən namazını qılacaq, dua etmək istəyən duasını edəcək, yaxud da onu narahat edən hər hansı bir ailə, məişət və digər məsələlərlə bağlı şəxsi sualı çəkinmədən qadın din xadiminə ünvanlaya biləcək. Yəni özlərini güvəndə hiss edəcəklər”.

Cəvahir

www.yenicag.az

2478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv