Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ana körpəsi ilə birlikdə özünü ikinci mərtəbədən atdı - Yevlaxda

Yevlaxda qadın qızı ilə birgə intihara cəhd edib.

Yenicag.az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

498