Qadın yaşadığı evdə qətlə yetirilib

media-hightechnic-468x90

download (3)Bakıda qətl törədilib.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Gəncə prospekti ev 36, mənzil 10-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Gülnarə Rəşid qızı Məmmədova yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600