Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qan gölü”nə çevrilən Beyrut: Partlayışları “Hizbullah”, yoxsa xristian-maronitlər törədib?

Reklam: Sinerji Pro

“Açıq görünür ki, Livanın neytral, başqalarının işinə qarışmayan ölkə kimi qalmasını istəməyən qüvvələr var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Livanın paytaxtı Beyrutda ötən gün baş verən və 100-dən çox insanın ölümü ilə nəticələnən güclü partlayışların hansı qüvvənin “əl işi” ola biləcəyini dəyərləndirən politoloq Qabil Hüseynli deyib:

Qabil Hüseynli bildirib ki, Livanda gərginliyin yenidən baş qaldırmasını, vətəndaş müharibəsinin təkrar alovlanmasını istəyən daxili və xarici qruplaşmalar var:

“Qeyd olunmalıdır ki, Livanı qarışdırmaq istəyən qruplaşmaların başında “Hizbullah” dayanır. “Hizbullah”ın adını çəkəndə isə İranı mütləq göz önünə almaq lazımdır.

Açıq görünür ki, Livanın neytral, başqalarının işinə qarışmayan ölkə kimi qalmasını istəməyən qüvvələr var. Livanın paytaxtı Beyrut uzun müddət Yaxın Şərqin “mirvari”si adlandırılıb. Ancaq onilliklər boyu davam edən vətəndaş müharibəsi bu şəhəri neçə dəfə xarabalığa çevirib.

Başqa tərəfdən, Ərəb-İsrail qarşıdurması Livanı poliqon vəziyyətinə salıb. “Hizbullah”dan başqa, “Həmas”ın da Livanda ciddi təsir imkanları var. Bundan əlavə, Suriya müharibəsinin gedişində ortaya çıxan İrana bağlı “Həşdi-Şəbi” qruplaşmasının Livanda müəyyən dayaqları mövcuddur.

O baxımdan, Beyrutdakı partlayışların “üçüncü əl” tərəfindən törədildiyini düşünürəm. Bu partlayışların arxasında Livanda dini qarşıdurmanı alovlandırmağı hədəfləyən qüvvələrin də dayana biləcəyi istisna olunmur. Həmin qüvvələrin sırasında Livanın əsas etnik-dini tərəflərindən biri olan xristian-maronitləri də var. Hər halda, aparılan təhqiqat bütün nüanslara aydınlıq gətirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

583