Qan Turalıdan sərt ittihamlar

media-hightechnic-468x90

610x380xalinino.jpg.pagespeed.ic.Yg7DHvB1Am“Əli və Nino” mağazası mənim “Doqquz hekayə” kitabımı satmaqdan imtina edir”.

Yenicag.az xəbər verir ki, bu barədə Kulisə Qan Turalı bildirib: “Mən bu hərəkətə bir ad verməkdə çətinlik çəkirəm. Ədəbiyyata dünən gələn adam deyiləm. Dörd kitabım çıxıb. Və ona da əminəm ki, ilk kitabı çıxan gəncə daha çox qayğı, daha çox qiymət göstərmək lazımdır. “Mustafa” romanım “Əli və Nino” şəbəkəsinin ən çox satılan kitabı olub. Yəni mənim kitabımın satılmayacağını düşünmək olmaz. Bəs bu münasibət nəyin göstəricisidir?

Qan Turalıya bu cür münasibət göstərən mağaza bəs ilk kitabı çıxan gəncə hansı münasibət göstərir? Onun da kitabını satmaqdan, oxucu ilə münasibətə girməkdən məhrum edirsə bunun adı kitab satışı deyil. Bəs nədir? Kitabı inhisara almaq cəhdidir. Özü də çox gülməlidir. “Kitabı inhisara almaq”. Bunu fatehlər belə bacarmayıb.

Mən bütün yazıçıları bu inhisarçılığa, ədəbiyyatımıza qarşı bu hörmətsizliyə qarşı mübarizə aparmağa çağıram.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600