1978-ci il təvəllüdlü Məmmədov Şəhabəddin Əhəd oğlu ömrünün bu çağında qan xərçəngi xəstəliyinə düçar olub.
Goranboy rayonunda doğulub, boya-başa çatan Şəhabəddin Məmmədov o insandır ki, birinci Qarabağ savaşı zamanı – 15 yaşında evdən xəbərsiz cəbhə xəttinə yollanaraq əsgərlərə köməklik edib. Döyüşlərdən birində hərbçilər üçün sursat daşıyarkən əlində mərmi partlayıb və barmağını itirib, bədəninə çoxsaylı qəlpələr dolub. Bu gün də həmin qəlpələri bədənində gəzdirir…
Ömrünün sonrakı dönəmində ali təhsil aldıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olan, sonra səhhətində yaranmış bu problemlə bağlı müəllimlikdən uzaqlaşaraq özəl sektorda çalışan Şəhabəddin Məmmədovun xəstəliyi uzun müddətdir davam edir. Mübtəla olduğu qan xərçəngi artıq ağır mərhələsinə gəlib çatıb, bir neçə aydır onu yataq xəstəsinə çevirib. O, indi yaşamaq üçün mübarizə aparır…
Şəhabəddin Məmmədov hazırda Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunur.
Bu amansız xəstəliyin müalicəsi üçün tələb olunan dərman preparatları həddən artıq bahadır və bir sadə vətəndaşın bunu qarşılamağa təbii ki, gücü yetmir. Hər ay azı 10 min manat xərc tələb olunur, bir neçə ay bu cür müalicə davam etdikdən sonra onun yaşaması üçün xaricdə ilik köçürmə əməliyyatı həyata keçirilməlidir. Bütün qohum-əqrəbası imkanlarını Şəhabəddinin müalicəsinə yönəldib, artıq bu imkanlar da tükənib. İndi ümid ancaq dövlətə, xeyirxah insanlaradır.
Onun yaşaması indi bizlərdən asılıdır. Anası, iki bacısı, nişanlısı, bütün yaxınları Şəhabəddinin yaşaması üçün köməklik göstərilməsini xahiş edirlər.
Şəhabəddin Məmmədovun adına Respublika Bankında hesab açılıb.
Ona yardım etmək istəyən insanlar aşağıdakı hesablar vasitəsi ilə ödəniş edə və ya qeyd edilən telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər. Ödənişi MilliÖn və e-manat ödəniş terminalları vasitəsi ilə də etmək olar.
AZN hesabı: 380 194 404 052 127 801
USD hesabı: 381 184 004 052 127 802
Şəxsiyyət vəsiqəsinin kodu: 138 108 63
Əlaqə nömrəsi: +99450 553 00 12
www.yenicag.az