Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­ləri davam etdirir.

Yenicag.az xəbər verir ki, Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti böl­mələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.

www.yenicag.az

201
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100