!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz miqrasiya cinayətkar fəaliyyət kimi: Miqrant qaçaqmalçılığı və insan alveri cinayətləri ilə qarşılıqlı əlaqəsi

!Reklam – Yazi

Bildiyimiz kimi, miqrasiya fəaliyyəti mütəmadi və qeyri-mütəmadi yollardan istifadə etməklə, başqa bir dövlətin ərazisində yaşama üsulu kimi həm azad formada se- çilə və yaxud da məcbur edilə bilər. Məhz bu konstekdə miqrasiya qeyri-mütəmadi formada baş vermişdirsə, bu hal onu göstərir ki, hər hansı bir qaçaqmalçı miqrantla müəyyən məbləğ müqabilində razılaşaraq, onun təyinat (qəbuledici) ölkəyə qeyri-qanuni yolla daxil olmasını təmin etmişdir. Bu kimi hallar son nəticədə miqrantların qeyri-le- qal daşınması ilə bağlı olan cinayət əməlllərinin törədilməsinə gətirib çıxarır. Məhz qeyd olunan bu faktları nəzərə alaraq, miqrant qaçaqmalçılığını (miqrantların qeyri- qanuni daşınması) qanunsuz miqrasiya anlayışından fərqləndirmək lazımdır.

Qanunsuz miqrasiya ilə mübarizə haqqında 6 mart 1998-ci il tarixli MDB-nin üzv-dövlətlərinin əməkdaşlığına dair Sazişin 1-ci maddəsinə əsasən, qanunsuz miqrant dedikdə, dövlətin ərazisinə gediş-gəliş, orada qalma və ya tranzit keçid qayda və nor- malarını pozan üçüncü dövlətin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər, həmçinin üzv-dövlətlərdən hər hansı birinin həmin dövlətin daxili qanunvericilik normaları ilə müəyyən edilən öz ərazisində qalma qaydalarını pozan digər üzv-dövlətlərin vətəndaş- ları nəzərdə tutulur. Sazişdə verilən anlayışdan göründüyü kimi, qanunsuz miq- rasiya dövlətin ərazisinə gediş-gəliş, orada qalma və tranzit keçid normativlərinin po- zulmasını özündə əks etdirir. Bu pozuntu faktının təqsirkarı qismində üçüncü dövlətin vətəndaşları, vətəndaşlığı olmayan şəxslər (apatridlər), eləcə də, üzv-dövlətlərin hər hansı birinin həmin dövlətin daxili qanunverciliyi ilə müəyyən olunan öz ərazisində qalma qaydalarını pozan digər üzv-dövlətlərin vətəndaşları çıxış edir.

Bundan fərqli olaraq, miqrant qaçaqmalçılığı isə (miqrantların qeyri-qanuni daşınması) istənilən bir dövlətin ərazisinə, onun vətəndaşı olmayan və yaxud da həmin dövlətin ərazisində daimi yaşamayan şəxsin qeyri-qanuni yollarla daxil olmasının təmin edilməsidir. Bu zaman isə törədilən əməlin əsas təqsirkarı kimi hər hansı bir ma- liyyə və ya digər maddi xarakterli mənfəətin birbaşa və ya dolayı yolla əldə edilməsi məqsədi güdərək şəxsin (və ya şəxslərin) qeyri-leqal daxil olmasını təmin edən fərdlər çıxış edir. Qeyd olunan bu anlayış BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı Protokolun 3-cü maddəsində göstərilmişdir.
BMT Baş Məclisinin qəbul etdiyi 8 mart 1994-cü il tarixli Əcnəbilərin qaçaq- malçılıq yolu ilə aparılmasının qarşısının alınmasına dair 48/102 saylı Qətnaməsində bütün dövlətləri əcnəbilərin qaçaqmalçılıq yolu ilə aparılmasını təşkil edən və həyata keçirən şəxslərin fəaliyyətininin qarşsının alınması üzrə müvafiq tədbirlər görülməyə çağırır, eləcə də bu cinayətkar faəliyyətə qarşı mübarizə zamanı beynəlxalq və dövlət- daxili hüquq qaydalarına tam həcmdə riayət olunmasınının vacibliyini bəyan edir.

Digər bir maraqlı məsələ isə miqrant qaçaqmalçılığının insan alveri cinayəti ilə fərqləndirilməsidir. İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alın- ması və onun cəzalandırılması haqqında 2000-ci il tarixli Protokolun 3-cü maddəsində insan alveri anlayışına tərif verilmişdir. Belə ki, insan alveri dedikdə şəxslərin istismar edilməsi məqsədi ilə zor tətbiq etməklə, zor tətbiq ediləcəyi ilə hədələməklə və ya məcburetmənin müxtəlif formalarından istifadə etməklə və ya oğurlama, aldatma, ya- xud dələduzluq yolu ilə, vəzifə səlahiyyətlərindən və ya şəxsin düşdüyü zəif vəziyyətdən sui-istifadə etməklə, həmçinin digər şəxslər üzərində nəzarəti olan şəxsin razılığını əldə etmək üçün ona pul və ya digər vəsait verməklə seçilib toplanması, nəql edilməsi, başqa yerə köçürülməsi, gizlədilməsi və ya qəbul edilməsi nəzərdə tutulur.
Miqrant qaçaqmalçığı və insan alveri terminləri sinonim kimi işlədilsə də, hal- hazırda bu əməllərin bir-birindən fərqli mənalar müəyyən etməsi barədə konsensus mövcuddur. Hazırki beynəlxalq sənədlərdə hər iki əmələ verilən anlayışları təhlil edər- kən bir sıra oxşar cəhətlərin olmasını müəyyən etmək mümkündür. Hər şeydən əvvəl,
həm miqrant qaçaqmalçılığı, həm də insan alveri ilə əlaqədar hərəkətlər transmilli xarakter daşımaqla, mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilir və ictimai asayişi pozur. Həmçinin hər iki əməlin törədilməsi zamanı insan həyatı, onun sağlamlığı və lə- yaqəti zədələnir, bu fəaliyyətdə zərərçəkmiş kimi çıxış edən şəxslər bir yerdən başqa yerə aparılır və nəhayət, hər iki əməli törədənlərin başlıca məqsədi zərərçəkmiş şəxs vasitəsi ilə qanunsuz maddi və ya digər oşxar xarakterli fayda əldə etməkdir.
Heç şübhə yoxdur ki, qeyd olunan bu oxşar əlamətlərlə yanaşı hər iki əməli fərqləndirən cəhətlər də vardır. Bu fərqli əlamətləri aşağıdakı kimi qruplaşdıra bilərik:
İnsan alveri miqrant qaçaqmalçılığından fərqli olaraq, məcburiyyət və ya aldatma yolu ilə icra olunur. Bu fakt açıq-aşkar göstərir ki, insanlar heç bir halda könüllü şəkildə insan alverinə məruz qoyula bilməzlər. Həmçinin yuxarıda insan alverinə veri- lən anlayışdan görünyü kimi, bu əməli törədənlər insanları seçib toplayarkən və ya bir yerdən başqa yerə apararkən müxtəlif xarakterli məcburiyyət və ya aldatmaya əl atırlar. Bəzi mütəxəssislər insan alverini doğuran faktlar sırasında iqtisadi çətinlikləri də qeyd edirlər ki, bu da insan alverini törədənlərin nəzarətindən kənarda baş verir. Lakin, miqrant qaçaqmalçılığı isə hər bir halda könüllü surətdə, daha yaxşı həyat şərtləri altında yaşamaq arzusunda olan miqrantlar ilə müəyyən məbləğdə maddi mənfəət güdən qaçaqmalçıların birgə fəaliyyətinin məhsulu kimi ortaya çıxır. İnsan alveri özlüyündə bu cinayətin qurbanlarına çevrilən insanların sonradan istismar edilməsi xüsusiyyətini ehtiva edirsə, miqrant qaçaqmalçıların qanunsuz xidmətləri isə insanlar əvvləcədən müəyyən edilmiş təyinat yerinə gəldikdən sənra başa çatır. İnsan alverində bu cinayətin təqsirkarı kimi çıxış edən şəxslərin əsas məqsədi fahişəlik və ya cinsi isitismarın müx- təlif formalarına istiqamətlənirsə, miqrant qaçaqmalçılığı zamanı isə təqsirli şəxslərin başlıca məqsədi birbaşa olaraq, maliyyə və digər maddi xarakterli gəlir götürməkdən ibarətdir. Transsərhəd fəaliyət zamanı insan alveri cinayəti törədilərkən dövlətin əra- zisinə daxil olma həm qanuni, həm də qanunsuz yolla ola bilər. Miqrant qaçaqmaçılığı isə dövlətin ərazisinə birmənalı olaraq qanunsuz şəkildə daxil olmanı özündə əks etdirir. Bu fakt öz əhəmiyyətliliyi ilə fərqlənir. Çünki, bəzən elə hallar baş verir ki, insan alverçiləri həqiqi və ya original formasından heç də fərqlənməyən pasportlar və ya vizalar təşkil edirlər ki, mühacirlər məhz bunun sayəsində ölkə ərazisinə qanuni şəkildə daxil ola bilirlər. İnsan alveri həm dövlətlərin daxilində, həmçinin də onun ərazi hü- dudlarından kənarda baş verə bilər, ancaq miqrant qaçaqmalçığı isə birbaşa olaraq transsərhəd fəaliyyəti ehtiva edir. Sonuncu fərq isə ondan ibarətdir ki, insan alveri in- sanların sonradan istismar edilməsi məqsədi ilə onların məcburi formada dövlət əra- zisində və onun hüdudlarından kənarda bir yerdən başqa yerə aparılmasını özündə əks etdirən bir miqrasiya prosesi olduğu halda, miqrant qaçaqmalçılığı isə qazanc əldə et- məkdən ötəri şəxslərin öz könüllü razılığı ilə ölkə ərazisinə qanunsuz daxil olmalarına şərait yaratmaqdan ibarətdir.

Onu da qeyd etmək də fayda var ki, insan alverinə məruz qalmış şəxslər onlara qarşı məcburiyyət tətbiq edildiyinə və sonradan müxtəlif formalarda istismar edildik- lərinə görə insan hüquqları pozuntularının qurbanları kimi nəzərdən keçirildiyi halda, miqrant qaçaqmalçığına məruz qalan şəxslər isə bir çox hallarda müvafiq dövlətlərin cinayət qanunverciliyi və immiqrasiya fəaliyyətini tənzim edən qanunları pozan cinayətkarlar qismində məsuliyyətə cəlb edilirlər.

Məhz elə buna görə, insan alveri cinayətinin qurbanları üçün bir sıra qoruyucu normalar müəyyən edilmişdir. Belə ki, Avropa İttifaqı Şurasının insan alveri cinayəti- nin qurbanı olan, eləcə də qanunsuz miqrasiyaya şərait yaradan əmələ məruz qalmış şəxs qismində tanınan üçüncü ölkənin vətəndaşları üçün verilən yaşayış icazəsi haq- qında 2004/81/EC saylı Direktivi bu cür zərərçəkmiş şəxslərin ölkə ərazisindən çıxa- rılmaması üçün möhlət müddətini özündə əks etdirir. Həmçinin qeyd olunan bu Direk- tiv dövlət orqlanları ilə əməkdaşlıq edən insan alveri qurbanlarının müvafiq ölkə ərazisində yaşayış icazəsi ilə təmin edilməsini Avropa İttifaqı olan üzv-dövlətlərdən tələb edir (Direktivin 6 və 8-ci maddələri).

Hüquqşünas Kamran Xəlilov

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv