Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qanunsuz odun daşıyan sürücü cərimələndi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZel” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

www.yenicag.az

2191
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS