Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran və Lerik rayonlarında “Belarus” və “Ural” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Yenicag.az xəbər verir ki, bunu xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O deyib ki, araşdırma zamanı Lənkəran və Lerik rayon sakinləri Rauf Qurbanov və Zöhrab Həsənovun idarə etdiyi avtomobillərin yük yerində ümumilikdə 8 m3 həcmində meşə materialı aşkar edilib.

B.Məhəmmədovun sözlərinə görə, Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakinləri Abış Abbasov, Abbas Əmənov, Zaur Əkbərov və Vüqar Abıyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 5.81 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Hazırda işlər üzrə araşdırma davam edir.

www.yenicag.az

124
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100