Qar çovğunu 10 nəfərin həyatına son qoyub
ABŞ-ın şərq sahilində qar çovğunu 10 nəfərin həyatına son qoyub.
Əlverişsiz hava şəraitinin son iki qurbanı ruhi xəstələr olub. Onlar donvurmadan ölüblər. Daha iki nəfər qar təmizləyərkən xroniki ürək xəstəliyindən ölüb. İki nəfər, ehtimalən, donaraq həyatını itirib. Qurbanlardan biri avtomobilində beşmetrlik qar qatı altında tapılıb.
Küçələrdə qarın qalınlığı təxminən iki metrə çatır. Yanğınsöndürmə maşınları çağırışlara gedə bilmir. Həkimlər yolu açmaq üçün qartəmizləyən maşınlardan istifadə edirlər.
İnsanlar evlərinin girişini özləri təmizləməli olurlar. Bəzi evlərin damları yağan qarın ağırlığına tab gətirməyərək uçub.
Sinoptiklər havanın temperaturunun bazar günü 0 dərəcədən yuxarı qalxacağını proqnozlaşdırırlar.