!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara maskalılar deputat Əliyevi gecə evindən apardılar

!Reklam – Yazi

459432Rusiyanın Sankt-Peterburq şəhərində yerli qanunverici orqanın hakim “Vahid Rusiya” partiyasından olan deputatı, Leninqrad vilayətinin “Sukanal” idarəsinin rəisinin ofisində avqustun 8-də aparılan axtarışların təfərrüatları məlum olub.

Yenicag.az virtualaz.org-a istinadən bildirir ki, İstintaq Komitəsinin müstəntiqlərinin SOBR xüsusi təyinatlı dəstəsinin qara maskalı döyüşçülərinin dəstəyi ilə apardıqları axtarış daha sonra deputatın mənzilində davam edib.

Müstəntiqlər və SOBR döyüşçüləri gecədən xeyli keçmişə qədər mənzildə olublar. Daha sonra deputat Əliyevi ifadə vermək üçün özləri ilə Baş İstintaq İdarəsinə aparıblar. Dünən isə günün ikinci yarısında deputatın şahid qismində dindirildiyini açıqlayaraq buraxıblar.

Əliyevin ofisində və evində aparılan axtarışa əsas kimi 2012-ci ilin yayında üç maddə – adam oğurluğu, quldurluq və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə qaldırılmış cinayət işinin istintaqı göstərilib. Zərərçəkən isə Kupçino rayonundakı “Starıy qorod” kafesinin sahibidir. Həmin ilin iyulunda naməlum şəxslər onu oğurlayıb və 1 milyon rubl verəndən sonra buraxıblar.

2015-ci ildə həmin cinayətə görə qruplaşmanın lideri Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev, habelə adı açıqlanmayan digər iki fiqurant həbs olunublar. “Fontanka.ru” yazır ki, onlardan biri Sayad Əliyevin adını çəkib. Hüquq-mühafizə orqanları isə deputat Sayad Əliyevin bu adam oğurluğundakı rolu haqda açıqlama vermir. Məlumata görə, onun həmin hadisədə birbaşa iştirakını təxmin etməyə əsas yoxdur, bununla belə Əliyevin korrupsioner əlaqələri və adının bir sıra cinayətlərdə, sifarişli qətllərdə hallanması yeni deyil. Sankt-Peterburqdakı azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişov da Sayad Əliyevlə düşməndir və onun deputat mandatının alınmasına çağırıb. Sayad Əliyev özü isə evində və ofisində aparılan axtarışı “düşmənlərinin işi” adlandırıb, əlavə heç nə deməyib.

 

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv